Rusiya Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəslli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını hələ də Bərdədə gözləyir.
KONKRET.az xəbər verir ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Komitəsinin birgə əməkdaşlıq memorandumuna əsasən göndərilən yardım daşıyan TIR hələ də Bərdə şəhərindədir.
Qeyd edək ki, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Komitəsi tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd TIR tipli nəqliyyat vasitəsinə yüklənərək göndərilib.