Mərkəzi Asiya ölkələrindən Rusiyaya gedən əmək miqrantlarının sayı xeyli azalıb. Bu, Qırğızıstan, Özbəkistan və Tacikistanı narahat edir, çünki burada miqrantlardan pul köçürmələrinin həcmi ÜDM-in əhəmiyyətli bir hissəsidir.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bu ölkələrin vətəndaşı getdikcə daha çox Böyük Britaniya, Cənubi Koreya, Fars körfəzi ölkələri və AB-də iş axtarır:
“Beynəlxalq Miqrasiya Təşkilatı Dünya Bankının məlumatlarına əsaslanaraq bildirir ki, miqrasiya axınlarının azalmasına baxmayaraq, Mərkəzi Asiya ölkələrinə pul köçürmələrinin axını stabil olaraq qalır və hətta artım tendensiyası nümayiş etdirir”.