Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: Yeni şərtbackend

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: Yeni şərt

Rusiya Dövlət Dumasının “Yeni İnsanlar” fraksiyasının deputatları əmək miqrantlarının ölkəyə daxil olarkən qanun pozuntusu halında deportasiya xərclərini qarşılayacaq depozit qoymasını təklif ediblər. 

KONKRET.az milli.az-a istinadla xəbər verir ki, deputatlar bu təşəbbüslə Daxili İşlər naziri Vladimir Kolokoltsevə məktub ünvanlayıblar.

Təklifə əsasən, ölkəyə daxil olan hər bir əmək miqrantı “geri-dönüş bileti” prinsipinə uyğun olaraq depozit qoymalıdır. Bu depozit miqrantın qanun pozduğu halda onun deportasiya prosesinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Məktubun müəllifləri arasında Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov və fraksiya rəhbərinin müavini Sardan Avksentyeva yer alıb. Onların fikrincə, bu sistem dövlət büdcəsinə düşən maliyyə yükünü azaltmaqla yanaşı, miqrasiya siyasətinin səmərəliliyini də artıracaq.

Parlament üzvləri qeyd ediblər ki, 2024-cü ildə yalnız deportasiya məqsədilə federal büdcədən 1 milyard rubldan artıq vəsait xərclənib.

Hazırda bu təşəbbüs müzakirə mərhələsindədir və hüquqi mexanizmləri formalaşdırmaq üçün əlavə təhlil və rəylər gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*