Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldıbackend

Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanındakı gömrükdən 200 kq-dan çox Türkiyə istehsalı olan müxtəlif geyimləri öz üzərlərində və baqajlarında qanunsuz yollarla keçirmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

Məlumata görə, azərbaycanlılar İstanbul-Sankt-Peterburq aviareysi ilə gəlib və gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi həmin malları keçirmək istəyiblər.

Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda bəyan edilməyən 465 adda geyim aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*