“Rusiya atəşkəs danışıqlarından imtina etdiyi təqdirdə, Avropa tərəfdaşları ilə birlikdə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.
KONKRET.az xəbər verir ki, bunu Almaniyanın hökumət sözçüsü Stefan Kornelius deyib.
O bildirib ki, kansler Fridrix Merz və digər Avropa liderlərinin tələb etdiyi “şərtsiz 30 günlük atəşkəs” çağırışının yerinə yetirilməməsi fonunda, Rusiyaya qarşı ciddi tədbirlər görüləcək.
Kornelius vaxtın azaldığını və qərar üçün cəmi 12 saat qaldığını vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az