Rusiyaya satılan “Lexus” və “Toyota” maşınları geri alındıbackend

Rusiyaya satılan “Lexus” və “Toyota” maşınları geri alındı

“Lexus” və “Toyota” brendinin Rusiyaya satılan avtomobilləri geri qaytarılır.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rosstandartın saytında məlumat yerləşdirilib.

Məlumata görə, “Lexus” və “Toyota” brendlərinin Rusiyadakı istehsalçısının rəsmi nümayəndəsi olan “Toyota Motor” MMC 28 noyabr 2020-ci il tarixindən indiyədək satılan 47 mindən çox avtomobili geri çağırıb.

Bildirilib ki, buna səbəb ağır qəza zamanı sözügedən avtomobillərin avtomatlaşdırılmış informasiya sistemindən geri çağırışı qəbul edə bilməyəcəyi ehtimalı olub.

Belə ki, hər hansı qəzalar zamanı nəqliyyat vasitəsinin yeri barədə məlumatlar fövqəladə halların aradan qaldırılması üçün avtomatlaşdırılmış məlumat sisteminə yanlış ötürülə bilər. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*