backend

Ruslan Dadaşov tanımadığı şəxs tərəfindən bıçaqlandı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Belə ki, Salyan şəhəri, 28 may küçəsi, ev 6 mənzil 15 ünvanında yaşayan, 1983-cü il təvəllüdlü Dadaşov Ruslan Qurban oğlu sağ kürək nahiyəsində ağ ciyəri zədələyən kəsilmiş-deşilmiş yara ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

R.Dadaşov tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*