Ruslar çıxdı, SEPAH girdi – İrandan Türkiyəyə qarşı HƏMLƏbackend

Ruslar çıxdı, SEPAH girdi - İrandan Türkiyəyə qarşı HƏMLƏ

Suriyanın Tel-Rıfat bölgəsindən çıxan Rusiya qoşunlarının yerinə İran ordusu (SEPAH) yerləşib.

KONKRET.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, İran tərəfindən dəstəklənən“Həşd əş-Şabi” terrorçuları isə Sincarda yerləşdirilib.

İrana bağlı “Əsaib Əhlil Haqq” radikal qrupunun lideri Qeys Qəzali, Hizbullahın liderlərindən biri Hüseyn Həmdəvi və  Hadi əl-Əmiri Sincarla bağlı Türkiyəni təhdid edərək, hücuma keçəcəyi mesajlarını veriblər.

Bir yüksək vəzifəli türkiyəli hərbçi qəzetə 2018-ci ildə Tel-Rıfatda keçirilməsi planlaşdırılan hərbi əməliyyatların bütün hazırlıqlarının tamamlandığını, amma İranın buna mane olmasından sonra təxirə salındığını bildirib./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*