Ruslar “Şahed”ə əl atdılar: Ukraynanın bu şəhərində həyat iflic oldubackend

Ruslar “Şahed”ə əl atdılar: Ukraynanın bu şəhərində həyat iflic oldu

Rusiya qüvvələri Ukraynanın Çerniqov vilayətinin Nejin şəhərinə 12 ədəd “Şahed” kamikadze pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Nejin Şəhər Şurası məlumat yayıb.

Zərbələr nəticəsində Nejin–Kiyev istiqamətindəki dəmir yolu xətti zədələnib. Hazırda bu istiqamətdə qatarların hərəkəti dayandırılıb, Kiyevdən gələn qatarlar müvəqqəti olaraq Nososvka stansiyasına qədər hərəkət edir.

Hücum zamanı şəhərin enerji infrastrukturuna da zərbə endirilib. Nəticədə bir sıra rayonlarda elektrik təchizatı kəsilib.

Bundan başqa, “Ukrzaliznıtsya”-nın (Ukrayna Dəmir Yolları) anbar infrastrukturu da dağıntılara məruz qalıb, binalardan birinin damı yanıb.

Hazırda hadisə yerində xilasetmə və bərpa işləri aparılır, dəmir yolu və enerji təchizatı sistemlərinin bərpası üzərində iş gedir. Rəsmi məlumatlara görə, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*