“Ermənistan hakimiyyəti bunun əksini deməyə nə qədər cəhd etsə də, Zəngəzur dəhlizi gündəmdə qalır”.
KONKRET.az xəbər verir ki, bunu aprelin 9-da jurnalistlərlə söhbətində Ermənistan blokundan olan deputat Armen Rustamyan deyib.
Onun sözlərinə görə, bununla da məsələ bitməyəcək. O əlavə edib ki, söhbət təkcə Tavuşdakı bu dörd ərazinin təslim olmasından getmir. “Bundan sonra biz böyük strateji zərbə alacağıq, Gürcüstana gedən yolu itirəcəyik”, – Rustamyan qeyd edib.
Müxalifətçi vurğulayıb ki, Azərbaycan Ermənistanda bütün strateji əhəmiyyət kəsb edən yolları nəzarətə götürməyə çalışır, bundan sonra qalan tələblərin yerinə yetirilməsi texniki məsələyə çevriləcək.
“Hər hansı bir ölkə, xüsusən də Fransa bizim müdafiə imkanlarımızı artırmaq üçün addımlar atmağa çalışanda onların hansı isteriyaya səbəb olduğuna baxın. Artıq Türkiyədən açıqlamalar gəlir”, – deyə deputat fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az