Rza Pəhləvi Münhendə müxalifləri topladı: Avropada İrana qarşı NƏ HAZIRLANIR?backend

Rza Pəhləvi Münhendə müxalifləri topladı: Avropada İrana qarşı NƏ HAZIRLANIR?

İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvi tərəfindən təşkil edilən və 26 iyulda Almaniyanın Münhen şəhərində keçirilən “Milli Əməkdaşlıq Qurultayı”nda 500-dən artıq iranlı müxalif iştirak edib.

KONKRET.az xəbər verir ki, tədbir əvvəlcədən “İran müxalifətinin ən geniş və müxtəlif koalisiyası” kimi təqdim olunub və bu təşəbbüsün müəllifi kimi birbaşa Rza Pəhləvinin adı önə çəkilib.

Lakin qurultaya qatılan iştirakçıların böyük əksəriyyəti praktik mübarizədən uzaq, əsasən simvolik fiqurlar və diaspora nümayəndələri olub.

Tədbirdə çıxış edən Pəhləvi İranda ekoloji, sosial və iqtisadi böhranların hökm sürdüyünü, rejimin xalqı girov saxladığını bildirib. Lakin onun çıxışında rejimin necə dəyişdiriləcəyi ilə bağlı konkret strategiya təqdim olunmayıb. Qeyd olunan əsas tezislərdən biri “xarici təzyiq”ə ümid və mühacirətdə olan müxaliflərin “mümkün qədər birləşdirilməsi” olub.

Konfransda İran Xalq Mücahidləri Təşkilatı (MEK), PJAK kürd hərəkatı və müxtəlif etnik azlıqların, o cümlədən cəmi bir neçə nəfərlə təmsil olunan iranlı azərbaycanlıların iştirakı nəzərə çarpmayıb. Bu da tədbirin geniş təmsilçilik iddiasına kölgə salıb.

Pəhləvinin 50 min dövlət məmurunun onun platformasında rejimi devirmək üçün qeydiyyatdan keçdiyini bildirməsi isə əsasız iddia kimi qarşılanıb.

Müşahidəçilər qeyd edir ki, Rza Pəhləvi əsasən İrandan 1979-cu il inqilabından sonra mühacirət etmiş yaşlı nəsil arasında tanınır və gənc nəslin gözündə sadəcə “keçmişdən qalan simvol”dur. Onun İsrail baş naziri Netanyahuyla görüşü isə İranda onu bir çoxları üçün “satqın” imici ilə assosiasiya etdirib.

İranlılar arasında formalaşan əsas suallardan biri budur: “Əgər bir insan öz ailəsində nizam yarada bilməyibsə, o, ölkəni necə idarə edəcək?”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*