Rza Rzayevi həbs etdirən Tural Mirzəliyev: “Qardaşım Qarabağ qazisidir”backend

Rza Rzayevi həbs etdirən Tural Mirzəliyev: “Qardaşım Qarabağ qazisidir

“Otaqdakı kamera çəkilişi aşkar idi və bu barədə Rza Rzayevə xəbərdarlıq edilmişdi. Kim istəsə, tam görüntünü təqdim edə bilərəm”.

KONKRET.az-ın xəbərinə görə, bunu Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev aktyor Rza Rzayevin həbsinə görə onu tənqid edənlərə cavab verərkən belə deyib.

“İndiyə qədər deməmişəm, indi deyirəm, qardaşım Qarabağ qazisidir. Rol oynamayıb ha, qazidir. Kim rol oynamağı insanları təhqir etməyə, xəsarət yetirməyə əsas sayırsa, buyursun, mənə yazsın, sabah əsl rolu oynayan qardaşım gəlib onları söyər də, vurar da. Bu qədər…” – T.Mirzəliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*