Saakaşvili azad oluna bilərbackend

Saakaşvili azad oluna bilər

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası cümə günü, dekabrın 9-da baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili İliya Lomiya məlumat verib.

O bildirib ki, iclas saat 13:00-da Tiflis Şəhər Məhkəməsində keçiriləcək.

Qeyd edib ki, hakim Giorgi Arevadze vəkillərlə Mixail Saakaşvilinin səhhətindəki ağırlaşmalarla bağlı xaricə köçürülməsi məsələsini müzakirə edəcək.

Məlumat üçün bildirək ki, 1 dekabr tarixində Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*