Saakaşvili Gürcüstan siyasətindən getdi – Anası AÇIQLADIbackend

Saakaşvili Gürcüstan siyasətindən getdi - Anası AÇIQLADI

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili artıq Gürcüstanın siyasi həyatında iştirak etməyi planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bu barədə onun anası Giuli Alasaniya məlumat verib.

“Mixeil Saakaşvilinin həyatı ilə bağlı məsələ həll olunur. Mən hamıdan maksimum təmkin nümayiş etdirməyi xahiş edirəm. Saakaşvili Gürcüstan siyasətinə qarışmaq niyyətində deyil və ədalətli qərara ümid edir”, – Giuli Alasania deyib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstan hökumətini onu zəhərləməkdə ittiham etmir.

“Əgər həqiqətən zəhərlənmə olubsa, deməli, Mişanı düşmən hesab edən xarici ölkənin izi və üslubu var”, – o əlavə edib.

Qeyd edək ki, may ayından bəri vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 6 il həbs cəzası çəkən Mixeil Saakaşvili Tbilisidəki Vivamed klinikasındadır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*