Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “məxluq” və “rus oliqarxı Bidzina İvanişvilinin qulu”, “Gürcü Arzusu”nun üzvlərini isə “rus alçaqları” adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Saakaşvili həmçinin Zelenski zəmanəmizin Çörçilli adlandırıb:
“O, öz ölkəsini müdafiə edərək Rusiyanın məğlubedilməzliyi mifini həmişəlik darmadağın etdi. Kobaxidze isə öz ölkəsini müharibəyə sürükləyir, işğalçıya müqavimət göstərdiyimə görə məni mühakimə edir. Kobaxidze rus oliqarxının adi quludur, Zelenski isə Ukrayna siyasətinə istənilən kölgə və xarici təsiri sıfıra endirib. Zelenski tarixdə əbədiləşdirilib, lakin bu gürcü mələklər işdən çıxandan sonra heç kim onları xatırlamayacaq.
İvanişvili və ağaları seçkiləri oğurlamağa çalışsalar da, gürcü xalqı onları bu payızda uzaqlaşdıracaq”.
Natiq Səlim,
KONKRET.az
Tamamen dogrudur…amma, onlarin da axirina az qalib!!!