Saakaşvilinin anası oğlunun dəyişdiyini dedibackend

Saakaşvilinin anası oğlunun dəyişdiyini dedi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya oğlunun depressiyaya düşdüyünü bildirib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə siyasətçinin anası Qoridəki hərbi hospitalda oğlunu ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

“O, çox depressiyadadır, əvvəlki insan deyil. Biz hamımız, bütün cəmiyyət bu şəxsin azad edilməsinin qayğısına qalmalıyıq. Mişa özü hesab edir ki, indi mübarizə üçün vacib mərhələdir. Biz hamımız fəal olmalıyıq. Mişanı azad etmək üçün əmr verin”, – G.Alasaniya jurnalistlərə bildirib. Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*