Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxıldıbackend

Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı tutulan 4 nəfər azadlığa buraxıldı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olması faktına görə həbs olunan 4 nəfər azad edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Giorgi Narimanidze, Elquca Tsomaya, Zurab və Şalva Tsotsoriya 5 min lari məbləğində girov müqabilində məhkəmə zalından azadlığa buraxılıblar. Girov 1 ay ərzində ödənilməlidir.

Xatırladaq ki, saxlanılan 4 şəxs ağır cinayəti gizlətməkdə, E.Tsomaya həm də sərhədi qanunsuz keçməyə köməklikdə ittiham olunub.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavidə 12 saylı türmədə saxlanılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*