Saakaşvilinin son vəziyyəti AÇIQLANDIbackend

Saakaşvilinin son vəziyyəti AÇIQLANDI

Saakaşvilinin son vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə “Vivamed” klinikasının direktoru Zurab Çxaidze məlumat verib.

O bildirib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həqiqətən də koronavirusa yoluxub, lakin vəziyyəti ağır deyil.

“Xəstə müayinə olunub, müalicə planı tərtib edilib və razılaşdırılıb. Hesab edilib ki, onun parametrləri kritik şöbəyə köçürülməyə uyğun gəlmir”, – deyə Çxaidze bildirib.

Onun sözlərinə görə, Saakaşvilidə koronavirusun yüngül simptomları var və epidemioloji xidmət infeksiyanın mənbəyini tapmaq üçün fəal işləyir.

Çxaidze vəkil Şalva Xaçapuridzenin keçmiş prezidentin ötən gün huşunu itirməsi ilə bağlı dediklərini də təkzib edib. Onun sözlərinə görə, vəkil gün ərzində klinikada olmayıb.

Xaçapuridze bir qədər əvvəl Saakaşvilinin koronavirusa yoluxduğunu açıqlayıb və siyasətçinin təcili reanimasiya şöbəsinə köçürülməsini tələb edib.

Saakaşvili səhhətindəki problemlərə görə 2022-ci ilin may ayından özəl klinikadadır və hələ də sağalmayıb.

Çxaidze keçmiş prezidenti təxribatçı münasibətdə günahlandıraraq qeyd edib ki, siyasətçi həkimlərin göstərişlərinə əməl etmir, tez-tez yeməkdən imtina edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*