Saakaşvilinin xanımı: Hakimiyyət onu öldürmək istəyirbackend

Saakaşvilinin xanımı: Hakimiyyət onu öldürmək istəyir

Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır.

KONKRET.az xəbər verir ki, bu sözləri Mixail Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko deyib.

O, eks-prezidentin səhhətindən də danışaraq, Saakaşvilinin zəif olduğunu bildirib:

“Mixail Saakaşvili zəifdir, onu bir neçə dəfə uzanıb dincəlməyə məcbur ediblər, təəssüf ki, zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salamlar göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və belə görünür ki, hakimiyyət Mixail Saakaşvilini öldürmək istəyir və onu uzun illər azadlıqdan məhrum edilməsini istəyir. Əgər sizə Gürcüstanda Mixail Saakaşvili lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”, – deyə Liza Yasko bildirib. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*