Saatlıda 3 nəfər bıçaqlandı – Birinin durumu ağırdırbackend

Saatlıda 3 nəfər bıçaqlandı - Birinin durumu ağırdır

Saatlı rayonu Sarıcalar kəndində mağazada münaqişə zamanı 3 nəfər bıçaqlanıb.
KONKRET.az-ın məlumatına görə, Saatlı rayonu Sarıcalar kənd sakinlərindən 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu bel nahiyəsindən, 1979-cu il təvəllüdlü Adil Axmedov qol nahiyəsindən və 1993-cü il təvəllüdlü Rüstəmov Samir Vahid oğlu baş nahiyəsindən bıçaqlanıb.
Vəziyyəti ağır olan Mirzəliyev Bəhruz Fizuli oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*