Sabah 20 dərəcə isti gözlənilirbackend

Sabah 20 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*