Sabah 4 milyon insanın gözü “Çankaya”da olacaqbackend

Sabah 4 milyon insanın gözü “Çankaya”da olacaq

Sentyabrın 16-da paytaxt Ankarada Türkiyə, Rusiya və İran liderlərinin zirvə görüşü keçiriləcək. İdlibdə yaşayan təxminən 4 milyon insanın gözü həmin gün “Çankaya” iqamətgahına yönələcək. Konkret.az-ın Türkiyə bürosunun verdiyi şərhə görə, Zirvə görüşündə qəbul ediləcək qərarlara xüsusilə Avropa Birliyi (AB) də maraq göstərir. AB İdlibdə atəşkəsin təmin edilə bilməməsi nəticəsində yeni bir köç dalğası meydana gələ bilər. AB isə Türkiyənin qaçqınların üzünə qapıları açmasından narahatdır. Prezident Ərdoğan İdlib mövzusunda Qərbə dəfələrlə “Əlinizi daşın altına qoyun” çağırışı edib və bildirib ki, əks halda Türkiyənin qapılarını açmaq məcburiyyətində qalacaq.

Rəcəb Tayyib Ərdoğan atəşkəsin təmin edilməsi üçün bölgədəki radikal ünsürlərlə mübarizədə koordinasiya və əməkdaşlığın əhəmiyyətinə xüsusi önəm verəcək. Türkiyə lideri ölkəsinin yeni bir köç dalğası qarşısında ciddi problemlərin yaranacağını həmkarlarına çatdıracaq.

Bu baxımdan Zirvə görüşü təkcə İdlibdəki 4 milyon insan üçün deyil, bütün dünya üçün də vacibdir. İdlibdə davamlı atəşkəs əldə olunmasa və hücumlar bitməsə, insanları orada saxlamaq çox çətin olacaq. Qaçqınlar Avropaya yola düşəcək, günahsız mülki insanlar məşəqqətli günlər yaşayacaq. Rəsmi Ankara hesab edir ki, bu səbəbdən Türkiyənin atəşkəs tələbi və radikal ünsürlərlə mübarizə həyata keçirilməlidir.

Ərdoğanın sabah “Çankaya” Prezident Sarayında keçiriləcək iclasında Putin və Ruhani ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. İkitərəfli danışıqlarda iqtisadi və ticari sahədə əlaqələrin inkişafı müzakirə ediləcək. Bu çərçivədə gözlər xüsusilə Ərdoğan və Putin arasındakı görüşdə olacaq. ABŞ-ın Türkiyəyə verməyi təxirə aldığı F-35-lərin yerinə Rusiyanın Türkiyəyə təklif etdiyi Su-35 / Su-57 döyüş təyyarə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəlməsi gözlənilir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*