Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.
KONKRET.az xəbər verir ki, “Araz-Naxçıvan” “Sabah”ın qonağı olub.
Görüş Bakı klubunun qələbəsi ilə başa çatıb – 2:0. Bu qələbə ilə “Sabah” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
2 mart (şənbə)
18:30. “Sabah” – “Araz-Naxçıvan” – 2:0
Qol: Emmanuel Apeh, 54, Kahim Parris, 90+7
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“Bank Respublika Arena”