Sabah bəzi ərazilərdə işıq olmayacaqbackend

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.

KONKRET.az xəbər verir ki, noyabrın 4-də saat 10:00-dan 14:00-dək “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar şəhərin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*