Sabah bu rayonda qaz olmayacaqbackend

Sabah bu rayonda qaz olmayacaq

Sabah Şəmkir rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qazıməmməd-Qazax” yüksəktəzyiqli magistral qaz kəmərinin 297.5-ci kilometrində yeni çəkilmiş yüksəktəzyiqli qaz xəttinin qaz nəqli sisteminə qoşulması və “Çinarlı QPS qol” qaz kəmərində kranın yenisi ilə əvəz olunması işləri ilə bağlı 07.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 əhali”, “Şəmkir-2 sənaye”, “Çinarlı əhali”, “Çinarlı sənaye”, eləcə də “Əliyaqublu-1” və “Əliyaqublu-2” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Məlumatda qeyd edilib ki, bu səbəbdən Şəmkir şəhəri (Şəmkir şəhərinin Morul yaşayış sahəsi istisna olmaqla), rayonun Dəllər və Çinarlı qəsəbələri, həmçinin Dəllər Cəyir, Dəllər Daşbulaq, Dəllər Cırdaxan, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*