Sabah Çindən Türkiyəyə “CoronaVac” vaksininin növbəti partiyası gətiriləcəkbackend

Sabah Çindən Türkiyəyə “CoronaVac” vaksininin növbəti partiyası gətiriləcək

Sabah səhər saatlarında yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində 10 milyon doza vaksinin ikinci partiyasının birinci hissəsi Çindən Türkiyəyə gətiriləcək. 

KONKRET.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter”-də bununla bağlı paylaşım edib.

Sabah Türkiyəyə 6,5 milyon doza vaksin gətiriləcək.

Qeyd edək ki, “Sinovac” şirkətinin “CoronaVac” vaksini inaktiv peyvənddir. Türkiyə Çinin “Sinovak” şirkəti ilə bağladığı müqaviləyə əsasən 10 milyon dozada “CoronaVac” vaksininin ilk mərhələdə 3 milyon dozası 30 dekabr 2020-ci ildə Türkiyəyə gətirilib. Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin iki həftəlik analizindən sonra yanvarın 13-dən başlayaraq öncə səhiyyə işçiləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmiləri, sonra isə yaşı 65-dən yuxarı olanlar peyvənd edilməyə başlanıb. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*