“Sabah” klubu yeni baş məşqçisini açıqladıbackend

"Sabah" klubu yeni baş məşqçisini açıqladı

“Sabah” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/2021), iki dəfə Litva çempionu (2014/2015, 2015/2016), bir dəfə Latviya Kubokunun (2018/2019), üç dəfə Litva Kubokunun (2014/2015, 2015/2016, 2016/2017), bir dəfə Xorvatiya Kubokunun (2021/2022), iki dəfə Litva Superkubokunun (2015/2016, 2016/2017), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/2022) qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*