Sabah “Qarabağ”ın keçmiş mətbuat katibinin MƏHKƏMƏSİ OLACAQbackend

Sabah “Qarabağ”ın keçmiş mətbuat katibinin MƏHKƏMƏSİ OLACAQ

Sabah “Qarabağ”ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində (CAS) məhkəmə iclası keçiriləcək. İclas onlayn formatda baş tutacaq.

KONKRET.az xəbər verir ki, N.İbrahimov açıqlamasında məhkəmə prosesi barədə bunları deyib:

“CAS-a gələnə qədər xeyli mübarizə apardıq, icazə verilmirdi. Bilirdiniz ki, süni maneələr yaradılır. Artıq şikayət hüququnu bizə verdilər. Sabah məhkəmə olacaq və çox çətin bir proses bizi gözləyir. Çünki cəza siyasi deyil, hüquqi cəzadır. UEFA-nı məhkəmədə idman hüququ baxımından dünyanın 5 ən güclü şirkətlərindən biri təmsil edəcək. Bu da aydın məsələdir ki, necə baş verib. Onların gücünə qarşı Azərbaycan xalqının duası olacaq. Normal standartlarda cəzanın real olmadığını hamı bilir”.

İbrahimov qeyd edib ki, CAS-a şikayət etdikdən sonra UEFA genişləndirilmiş heyətdən ibarət vəkillərlə məhkəməyə gələcək.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub. Buna səbəb N. İbrahimovun Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı status olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*