Sabah Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı bir sıra restoranlar fəaliyyətini dayandırır.
KONKRET.az-ın “Manset.az”a istinadən məlumatına görə , “Neolit”, “Günaydın”, “Niaqara” restoranları fəaliyyətini dayandırır. Bu barədə açıqlamasında adıçəkilən restoranların inzibatçıları bildirib.
“Niaqara” restoranının administratoru Emin Hüseynov: “Sabah şəhidlərimizin anım günü ilə bağlı fəaliyyətimizi tamam dayandırırıq. Düşünürük ki, hər kəs bu addımı atmalıdır.”
“Neolit” restoranının administratoru Emin Əliyev: “Sabah biz fəaliyyətimizi dayandırırıq. Allah şəhidlərimizə rəhmət eləsin!”
“Günaydın” restoranının inzibatçısı Ərdal bəy: “Genel müdiri gözləyirik, toplantı keçirib, qərar verəcəyik. Böyük ehtimal dayandırırıq. Bu addımı birinci biz atmalıyıq”
Bununla yanaşı, bəzi restoranlar sabah fəaliyyət göstərəcək. Bunlar “Su səsi”, “Özsüt”, “Xaçapuri-garden” restoranlarıdır.
“Özsüt” restoranının administratorunun açıqlaması isə təəssüf doğurur. İnzibatçı Kənan:
“Sabah nə günüdür ki? Nəyə görə dayanmalıyıq, mənə bu barədə göstəriş verilməyib”.