“Sabah” Türkiyədəki ilk yoxlama oyununda heç-heçə etdibackend

"Sabah" Türkiyədəki ilk yoxlama oyununda heç-heçə etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” klubu ilk yoxlama oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Macarıstan “Pakş”ı ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin qolunu 29-cu dəqiqədə Xulio Sezar Rodriges vurub.

Qeyd edək ki, “Sabah” yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. Paytaxt təmsilçisinin hazırlıq prosesindəki üçüncü rəqibi dəqiqləşməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*