Sabah Zaqatalanın Muxax kəndində qaz olmayacaqbackend

Sabah Zaqatalanın Muxax kəndində qaz olmayacaq

Sabah Zaqatala rayonunun Muxax kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə KONKRET.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Zaqatala xidmət sahəsində Zaqatala rayonu Muxax kəndində qaz sayğaclarının girişinə qədər olan hissələri əymə borularla əvəz olunacaq.

Bununla əlaqədar aprelin 11-də saat 09:30-dan etibarən 45 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*