Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başladıbackend

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başladı

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hüseyn Abdullayevin vəkilləri müvəkkilərinin proses zamanı yanında əyMüdafiəçilər vəsatət verərək bildiriblər ki, H.Abdullayevin səhhətində problem olduğu üçün onlarla birgə əyləşsin ki, onu daha yaxşı eşitsinlər. Məhkəmə vəsatəti qəbul etsə də, təqsirləndirilən şəxs bundan imtina edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək bildirib ki, müvəkillərinin səhhətində ciddi problemlər var. Ona görə də ailəsinin hesabına şəxsi həkimlə təmin olunmalı, həmçinin ailəözəl xəstəxanaların birində müalicə olunmasına şərait yaradılmalıdır.

Müdafiəçilər təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar məhkəmə iclasının videokonfrans vasitəsi ilə, və yaxud istintaq təcridxanasında keçirilməsi ilə bağlı da vəsatət təqdim ediblər.

Həmçinin müdafiəçilər onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Vəkillər vəsatəti əsasalandıraraq bildiriblər ki, H.Abdullayev ev dustaqlığına buraxılsa, ailəsi tərəfindən müalicəsi lazımi şəkildə aparılar.

Məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti rədd edilib.

Məhkəmə digər vəsatəti qismən təmin edərək onun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəsatəti qismən təmin edib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmənin hökmü ilə H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Daha sonra H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*