Azərbaycanda 1 iyul 2025-ci ildən etibarən əhali üçün qaz və elektrik enerjisi üzrə yeni sabit aylıq ödəniş modelləri tətbiq olunmağa başlanıb. Yeni modelə əsasən, 15 kv/saat elektrik enerjisi və 30 kubmetr qaz istehlakı üçün vətəndaşlar ayda cəmi 1 manat sabit ödəniş edəcəklər. Maraqlıdır, bu sabit tarif modeli gələcəkdə əsas tariflərin artırılmasına zəmin hazırlaya bilərmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli KONKRET.az-a açıqlama verib.
Xalid Kərimli
Ekspert bildirib ki, tətbiq edilən sabit tarif modeli gələcəkdə əsas tariflərin artırılmasına zəmin yaratmayacaq:
“Əgər dövlət tarifləri artırmaq istəsəydi, bunun üçün bəhanəyə ehtiyac olmazdı. Yanvar ayında həm elektrik, həm də qaz üçün bütün limitlər üzrə tariflər artırıldı. Aşağı limitdə 5 faizə qədər, orta limitdə 20 faiz, yuxarı limitdə isə 25 faizədək artım qeydə alındı. Hökumət bunu istəsə, bir və ya iki ildən sonra yenidən təkrarlaya bilər.”
Xalid Kərimli qeyd edib ki, yeni sabit tarif modeli hökumətin qiymət artımına gedəcəyi ilə deyil, hesabatlılığın və idarəetmənin yaxşılaşdırılması məqsədilə tətbiq olunub:
“Bu, əslində, yeni tarifləndirmə sistemidir. Gələcəkdə də ümumi tariflərin artmasının qarşısını ala biləcək amildir. Çünki sistem şəffaflaşdırılır və xərclərin izlənməsi daha asan olur.”
Aynurə İsmayıl
KONKRET.az
Bir manat hər birinə, ya ikisinə bir yerdə!?
Mən razı: elə tərifləməyi də elə etsinlər. Hər 15 və 30 – 1 manat. İki dəfə artıq; 30 və 60- 2 manat. 60 və 120- 4 manat…
BƏYƏNİLSİN!