Sabit elektrik və qaz tarifləri təsdiqləndi: Mavi yanacaq və işığın qiyməti bahalaşacaq?backend

Sabit elektrik və qaz tarifləri təsdiqləndi: Mavi yanacaq və işığın qiyməti bahalaşacaq?

Azərbaycanda 1 iyul 2025-ci ildən etibarən əhali üçün qaz və elektrik enerjisi üzrə yeni sabit aylıq ödəniş modelləri tətbiq olunmağa başlanıb. Yeni modelə əsasən, 15 kv/saat elektrik enerjisi və 30 kubmetr qaz istehlakı üçün vətəndaşlar ayda cəmi 1 manat sabit ödəniş edəcəklər. Maraqlıdır, bu sabit tarif modeli gələcəkdə əsas tariflərin artırılmasına zəmin hazırlaya bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli KONKRET.az-a açıqlama verib.

Xalid Kərimli

Ekspert bildirib ki, tətbiq edilən sabit tarif modeli gələcəkdə əsas tariflərin artırılmasına zəmin yaratmayacaq:

“Əgər dövlət tarifləri artırmaq istəsəydi, bunun üçün bəhanəyə ehtiyac olmazdı. Yanvar ayında həm elektrik, həm də qaz üçün bütün limitlər üzrə tariflər artırıldı. Aşağı limitdə 5 faizə qədər, orta limitdə 20 faiz, yuxarı limitdə isə 25 faizədək artım qeydə alındı. Hökumət bunu istəsə, bir və ya iki ildən sonra yenidən təkrarlaya bilər.”

Xalid Kərimli qeyd edib ki, yeni sabit tarif modeli hökumətin qiymət artımına gedəcəyi ilə deyil, hesabatlılığın və idarəetmənin yaxşılaşdırılması məqsədilə tətbiq olunub:

“Bu, əslində, yeni tarifləndirmə sistemidir. Gələcəkdə də ümumi tariflərin artmasının qarşısını ala biləcək amildir. Çünki sistem şəffaflaşdırılır və xərclərin izlənməsi daha asan olur.”

Aynurə İsmayıl

KONKRET.az

  • Muğan
    İyul 10, 2025 - 05:08

    Bir manat hər birinə, ya ikisinə bir yerdə!?
    Mən razı: elə tərifləməyi də elə etsinlər. Hər 15 və 30 – 1 manat. İki dəfə artıq; 30 və 60- 2 manat. 60 və 120- 4 manat…
    BƏYƏNİLSİN!

  • Mammadov
    İyul 10, 2025 - 19:53

    Daha nə qaldı? Fikirləşin! Vətəndaşın xeyrinə bir qərar versəniz, ancaq cibə girmək, cərimə nə bilim nə, dəhşətsiz ee

    • Rahib
      İyul 11, 2025 - 09:48

      Cibimizə qəpik girməyə imkan vermirlər

  • Müşfiq
    İyul 10, 2025 - 21:01

    Limiti də ləğv etsəydilər daha yaxşı olardı. Limit tətbiqində çox haqsızlıq var. Aran rayonlarıynan dağ rayonları arasında limitin eyni olması haqsızlıqdır.

  • Fərid
    İyul 11, 2025 - 00:01

    Mən heç nə başa düşmədim, zəhmət olmasa mənə ətraflı məlumat verərdiniz.
    Mənim sayğacım var, mən nə qədər işlədirəmsə onun pulunu ödəyirəm. Bu qərar məni kimi olan abonentlərə də aiddir?
    Yoxsa Yaşayış olmayan evlərə aiddir?
    İndiki qiymətlə 30 və 15 neçə AZN edir?

  • RUHİN
    İyul 11, 2025 - 02:28

    Ölkemiz avropanın coox ölkelerine yer aldı servetlerimizi satır Miletimze xeyri hacan olacax ümit verin yaşayaq azda olsa

  • Kamalə
    İyul 11, 2025 - 07:16

    Elə hər şeyi artıra artıra gedin görəy axırımız hara gedir

  • Kənan
    İyul 11, 2025 - 08:50

    Bu təbii sərvət Xalqındir xalq niye bunu baha qiymətə almalı və kamunal üçün çalışmalıdır? Vergi bir tərəfdən niye vergilər olmalıdır? Bu insanlar 50-60 il yaşayır Niye bunlar ömrünü gözəl yox çətinliklə başa vurmalıdır?

Kənan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*