Zərdabın sabiq icra başçısı Tofiq İmanov vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya sabiq məmurun yaxınları məlumat verib.
Məlumata görə, T.İmanov 77 yaşında infarktdan dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Sufan oğlu İmanov 1996-2005-ci illərdə Zərdabın icra başçısı olub.