Sabiq icra başçısının məhkəməsində şahidlər dindirildibackend

Sabiq icra başçısının məhkəməsində şahidlər dindirildi

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin növbəti məhkəmə prosesi keçirilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

Şahidlərdən bir neçəsinin ifadəsi ilə istintaqa verdikləri ifadələrlər arasında ziddiyyət təşkil edildiyi elan olunub. Şahidlər bunu ilkin ifadələri zamanı gərgin olmaları ilə izah ediblər.

Daha sonra təqsirləndirilən İ.Vəliyev ifadələrdəki ziddiyyətlərin araşdırılmasını istəyib.

Növbəti məhkəmə prosesi sentyabrın 15-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*