Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edildibackend

Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edildi

Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyev barəsində cinayət işi başlanılıb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Tağıyev direktor işlədiyi müddətdə işçilərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü ( külli miqdarda rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaşı ilə bağlı onun barəsində istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İngilis Tağıyev 1 il əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib. Bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*