Sabiq nazir müavini son söz demək üçün məhkəmədən VAXT İSTƏDİbackend

Sabiq nazir müavini son söz demək üçün məhkəmədən VAXT İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

KONKRET.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində təqdim olunan ittihamlarla razı deyillər. Hüquq müdafiəçisi sabiq nazir müavinin əməkhaqqı hesabına qoyulan həbs götürülməsini istəyib.

Rafiq Bayramov son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı R.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*