Sabiq nazir müavininə yeni VƏZİFƏ VERİLDİbackend

Sabiq nazir müavininə yeni VƏZİFƏ VERİLDİ

Ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir müavini “Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub.

Yeni təyinatı İlham Quliyev açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin Sərəncamı ilə ötən il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*