Sabiq nazir paraşütdən yerə çırpılıb: “İki fəqərəm sındı”backend

Sabiq nazir paraşütdən yerə çırpılıb: "İki fəqərəm sındı"

“Səhhətimdə ciddi problemlər yaşadım, bir neçə əməliyyat keçirdim. Bu səbəbdən də müəyyən fəsadlar yarandı. Nəticədə praktiki olaraq ekspedisiyaların təşkilində fasilə vermək məcburiyyətində qaldım”.

KONKRET.az xəbər verir ki, bunu “oxu.az”-a müsahibəsində keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

O, səhhətində yaranış problemin paraşütdən atılarkən ağır xəsarət alması ilə bağlı olduğunu deyib: “O vaxt biz ekstremal idman növləri ilə bağlı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yaratmışdıq. Özüm də paraşütdən tullanırdım. Bir dəfə uçuş zamanı paraşütün əyləci düzgün verilməmişdi, o dolaşmışdı. Təəssüf ki, mən havada olarkən bunun fərqinə vardım. Paraşütün əyləci ayrı-ayrılıqda sağa və sola dönmə üçün istifadə edilir. Lakin ikisi bir yerdə sürətin azaldılmasına xidmət edir. Onlar doğru tənzimlənmədiyi halda sən 30-40 km/saat sürətlə yerə çırpılırsan. Mən havada çox qala bilməzdim, çıxış yolu axtardım, bir yamaca eniş etməyi sınadım. Lakin təəssüf ki, yerə çırpıldım və onurğa sütununda iki fəqərəm sındı. Bütünlükdə hərəkət qabiliyyətimi itirdim”.

Eks – nazir qeyd edib ki, Almaniyada əməliyyatının mümkün olduğunu öyrənib və onu həmin ölkəyə aparıblar: “Xüsusi sement maddədən qırılan iki fəqərələri bərpa etdilər. Yerimə qabiliyyətim bərpa olundu. Lakin görünür ki, sement canlı maddə olmadığı üçün zaman keçdikcə süni fəqərələr yeyilməyə başladı. İllər sonra həkim müayinəsi zamanı iki fəqərənin yeyildiyi məlum oldu. Bu bel sütunun qabarmasına səbəb oldu. İki ağır cərrahi əməliyyatlar keçirdim. Nəhayət 30 santimetr ölçüsündə titan implant qoyuldu”.

H.Bağırov deyib ki, hazırda hərəkət edə, gəzə bilir.

“Lakin implant yad cisim olduğundan orqanizmlə tam adaptasiya olmayıb. Bu, çox yeni texnologiyadır və nə həkim, nə də mən bilmirik ki, iki-üç il sonra nə baş verəcək” – deyə, keçmiş nazir bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*