Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşdübackend

Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşdü

Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşərək ona xəsarət yetirib.

KONKRET.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaralar kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Cəfərov Nuhin Səyyub oğlunun üzərinə ağır əşyanın aşması nəticəsində daxili orqanı zədələnib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yeniyetmə qara ciyərin ciddi zədəsi diaqnozu ilə əməliyyata götürülüb. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*