Sabirabadda fərdi yaşayış evi yanaraq külə döndübackend

Sabirabadda fərdi yaşayış evi yanaraq külə döndü

Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Əliyev Əlixudaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.

FHN nin Sabirabad Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri yanğını söndürüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*