Sabirabadda qadın qətlə yetirildi, 17 yaşlı oğlan saxlanıldıbackend

Sabirabadda qadın qətlə yetirildi, 17 yaşlı oğlan saxlanıldı

Sabirabad rayonunda qadın qətlə yetirlib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır”, – məlumatda qeyd olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*