Sabit tarifə keçilir: Qaz və işıq limitləri ləğv olunacaq? – VACİB AÇIQLAMAbackend

Sabit tarifə keçilir: Qaz və işıq limitləri ləğv olunacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda qaz və elektrik enerjisinə görə sabit tarifin tətbiqi nəzərdə tutulur. Bu, Milli Məclisdə qəbul edilən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunlarda öz əksini tapıb. Yeni mexanizmin mövcud limitlərə təsir edib-etməyəcəyi isə maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, sabit tarifin mövcud limitlərə heç bir aidiyyəti yoxdur və onlar saxlanılacaq:

İpoteka Fondunun kapitalı artırıldı, evlər BAHALAŞACAQ? Ekspertdən AÇIQLAMA  | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

“Limitlərin mövcudluğu əslində kasıb əhali üçün daha əlverişlidir. Limitlərin ləğvi o demək deyil ki, ucuz tariflərlə ödəniş davam edəcək. Əksinə, bu, orta tarifin müəyyənləşdirilməsini yarada bilər ki, həmin tarif də indiki aşağı limit qiymətindən əhəmiyyətli dərəcədə yüksək olacaq. Bu halda az istifadə edən və qənaətə meyilli ailələr daha çox ödəniş etməyə məcbur qalacaqlar”.

Ekspertin sözlərinə görə, limitlərin saxlanılması sosial ədalətin qorunmasına xidmət edir:

“Kasıb ailələrin evləri adətən kiçik olur və onlar daha az enerji sərf edirlər. Limitlərin mövcudluğu onların aşağı tariflə ödəniş etməsinə imkan yaradır. Limitlərin ləğvi isə əksinə, sosial baxımdan ədalətsiz nəticələr doğura bilər”.

Beləliklə, iqtisadçı hesab edir ki, sabit tarif sistemi tətbiq olunsa belə, mövcud limitlərin saxlanılması daha məqsədəuyğundur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*