Şabran sakinindən “patı” aşkarlandı – FOTObackend

Şabran sakinindən “patı” aşkarlandı - FOTO

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Şabran rayon sakinindən narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan KONKRET.az-a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən Asim Mircəfərov saxlanılıb.

Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*