Şabranda 55 yaşlı kişi itkin düşdübackend

Şabranda 55 yaşlı kişi itkin düşdü

Şabran rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, G.Əskərov 155 sm boylu, arıq bədən quruluşlu və psixi qüsurludur.
Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-10-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*