Şabranda ağır yol qəzası oldu – Xəsarət alanlar varbackend

Şabranda ağır yol qəzası oldu - Xəsarət alanlar var

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Şabran rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beləki, “Opel” markalı minik avtomobili hərəkətdə olan vaxtı, “VAZ-2107” markalı avtomobil ötmə əməliyyatını düzgün seçmədiyindən qəza şəraiti yaradıb. Nəticədə yoldan keçən TIR “Opel” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri – 1991-ci il təvəllüdlü Ceyhun Cavanşir oglu Süleymanov, 1999-cu il təvəllüdlü Lamiyə Alfəddin qızı Süleymanova və 2017-ci il təvəllüdlü İsmayıl Ceyhun oglu Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*