Şabranda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, hadisədə ölən sürücünün Bakı şəhər, Xəzər rayon sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səlahət oğlu olduğu dəqiqləşib.
Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.
Zərbənin təsirindən cəsədlər tanınmaz vəziyyətə düşüb, onlar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
***
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, “Renault” markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.