ŞAD XƏBƏR: Bu tarixdə müavinət və təqaüdlər artacaqbackend

ŞAD XƏBƏR: Bu tarixdə müavinət və təqaüdlər artacaq

“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti 3 ay ərzində təklifləri hazırlayıb dövlət başçısına təqdim etməli idi”.

KONKRET.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb:

“Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik.

“Hansı sosial müavinətər və təqaüdlərdə artımın olması isə sənəd imzalandıqdan sonra məlum olacaq. Bu istiqamətdə həm də büdcə müzakirələrində Milli Məclisə təkliflər təqdim olunub. Eyni zamanda mediada müzakirə aparılıb. Amma konkret olaraq hansı sosial müavinət və təqaüdlərin artırılması sənəd imzalandıqdan sonra bəlli olacaq. Bütün hallarda sosial paketin növbəti mərhələsində müavinətlərin və təqaüdlərin artırılmasını müşahidə edəcəyik”, – V.Bayramov qeyd edib.

  • Mahir
    Aprel 12, 2025 - 15:49

    Yanvara kimi danışacaqlarki,pensiyalar artır.Yanvarda 8-10manat artacaq.

  • Şzkir
    Aprel 12, 2025 - 16:31

    Salam.Mənim həyat yoldaşımın 01.07.2024 cü ilfə 64 yaşı tamam olur pensiya çıxa bilərmi.

    • İntiqam
      Aprel 12, 2025 - 20:37

      Xeyr 65.5 yaşdadı

  • Ələskərov
    Aprel 12, 2025 - 17:20

    Bu idi bunların şad xəbəri?

  • Ramiz
    Aprel 12, 2025 - 20:18

    Vüqar Bayramovun boş danışıqları sovetin 5 manatlıq radiosuna oxşayır.

  • Elnur
    Aprel 13, 2025 - 01:06

    Hecne yox veternlarin artimini keynediler ey bu deputatlar 😂😂😂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*