ŞAD XƏBƏR! Tramp 907-ci düzəlişi LƏĞV EDİRbackend

ŞAD XƏBƏR! Tramp 907-ci düzəlişi LƏĞV EDİR 

ABŞ prezidenti Donald Tramp 1992-ci ildə qəbul edilmiş və Azərbaycana dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar imzalayacaq.

KONKRET.az xəbər verir ki, bu mühüm sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı – avqustun 8-də rəsmiləşdiriləcək.

Azərbaycan və ABŞ liderləri arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisi sayılan bu addım, üç onillikdən artıq müddətdə qüvvədə olan bir haqsızlığı aradan qaldıracaq.

Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya Yerevana “blokada” tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi.

Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*